Ana Sayfa > Karusel / Dünya / M2 > Qadın xəyanətə görə kişinin Apple kolleksiyasını vannaya atdı – FOTO

Qadın xəyanətə görə kişinin Apple kolleksiyasını vannaya atdı – FOTO


22-04-2015, 21:35. Yazar: Xeberaz
Qadın xəyanətə görə kişinin Apple kolleksiyasını vannaya atdı – FOTO
Şəkillər sosial şəbəkədə fəal müzakirə olunub.

Yaponiyalı qadın ona xəyanət edən kişinin Apple kolleksiyasını su ilə dolu vannaya atıb. Bu barədə The Daily Mail məlumat yayıb.

Xeberaz.az “Lenta”ya istinadla xəbər verir ki, qadın su altında olan ayfon, aypad, makbuk və digər elektron cihazların şəklini çəkib və xəyanətkar kişiyə göndərib. Nəşr onun reaksiyası haqqında yazmayıb, lakin məlumdur ki, cavan oğlan kadrları özünün Tvitter hesabında paylaşıb.

Şəkillər sosial şəbəkədə fəal müzakirə olunub. İnternet istifadəçilər ümumilikdə 16 min təkrar paylaşım edib.

Bu şəkilləri müzakirə edən istifadəçilərin fikirləri fərqli olub. Bir çoxları, əsasən də xanımlar bunu “ən yaxşı intiqam” adlandırıblar. Kişilər isə qadının bu hərəkətindən hiddətə gəliblər.



Geri dön