Ana Sayfa > Karusel / Gündəm / M2 > Oğrulara qarşı sərt cəzalar tətbiq olunacaq

Oğrulara qarşı sərt cəzalar tətbiq olunacaq


4-05-2016, 20:12. Yazar: Xeberaz

Oğrulara qarşı sərt cəzalar tətbiq olunacaq
Azərbaycanda oğurluq edənlərə qarşı cəzalar sərtlərşdirilir.

Milli Məclisdən Axar.az-a verilən məlumata görə, bu barədə məsələ Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 177.1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə hazırda yüz manatdan yeddi yüz manatadək nəzərdə tutulan cərimənin beş yüz manatdan min manatadək məbləğdə müəyyən edilməsi təklif edilir.

Qeyd edək ki, həmin maddədə həmçinin oğurluğa görə üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.
Geri dön