Ana Sayfa > Karusel / Dünya / M2 > Saakaşvilinin müavini vəzifədən getdi

Saakaşvilinin müavini vəzifədən getdi


4-05-2016, 19:59. Yazar: Xeberaz
Saakaşvilinin müavini vəzifədən getdi

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin müavini Aleksandr Barovik istefa verib.

"Xəbəraz.az "in məlumatına görə, bu barədə o, Feysbuk hesabında yazıb.

“Mayın 1-də dövlət xidməti haqda yeni qanun qüvvəyə minib. Qanun dövlət işçilərinə Ukraynadan başqa dövlətin vətəndaşı olmağı qadağan edir. Mən heç vaxt Avropa Birliyinin vətəndaşı olduğumu gizlətməmişəm. Almaniya hökumətinə minnətdaram ki, məni ikili vətəndaşlıqla təmin etdi. Bunun sayəsində Ukraynada yaxşı komanda daxilində çalışdım”.

A. Barovik qeyd edib ki, Saakaşvilinin məsləhətçisi vəzifəsində qalacaq.

Geri dön