Ana Sayfa > Karusel / Dünya / M2 > İran səfirinin İrəvanda gizli görüşü

İran səfirinin İrəvanda gizli görüşü


4-05-2016, 19:04. Yazar: Xeberaz

İran səfirinin İrəvanda gizli görüşü

İranla Ermənistan müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

"Xəbəraz.az "Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu İranın İrəvandakı səfiri Seyid Kazem Səcadi Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşündə deyib.

S.Ohanyan iranlı diplomata Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə bağlı məlumat verib.

Seyid Kazem yaranmış gərginlikdən narahat olduqlarını, münaqişə bölgəsində sabitlik və sülhün yaranması üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyib. Səfir müdafiə sahəsində iktərəfli əməkdaşlığın vacibliyini də vurğulayıb.
Geri dön