Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Elza: “Hava gəlir başıma”
Elza: “Hava gəlir başıma”4-05-2016, 18:00. Yazar: Xeberaz |
Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. "Xəbəraz.az " xəbər verir ki, müğənni şeiri sosial şəbəkədə paylaşıb. Həmin şeiri təqdim edirik: "Elə yataram ağuşunda, Pərvazlandır şənbəmi, Cüməmi, çərşənbəmi. Zər-zinətdə, daş-qaşda, Heç bir kəsdə gözüm yox. Gözüm ancaq səndədir. Gözəlliyindədir gözüm. Namazında, zikrində, Səcdəndədir sözüm. İşıq gəlir, nur gəlir sözümə Güc gəlir, ruh gəlir qoluma Lütf gəlir, hava gəlir başıma Qoy havalanım eşqindən. Məst olum gözəlliyindən. Ağzım tama gəlsin dadından. Gözüm ancaq səndədir. Düşüb gözüm sənə yaman. Ol mənimlə, ey tanrım. Səndən başqa heç kimə Könül verməm, kimsəm yox Nə qədər desən, sözüm çox. 31-ci ayə, 76-cı surə Anaların ruh ünvanı olan Xanım Fatimeyi Zəhramın. Qüsursuz olan Məryəmin oğlu Məsihamın, Aşiqinəm, Rəsulum. Zəlilinəm, Allahım. Sürgününəm, düşkününəm. Xəstələndim dərdindən. Bir içim suya möhtac kimi səhrandayam. Götür məni ağuşuna, Çatdır məni dərvişimə. Tez al məni dərgahına Gördüyün kimi sev məni. Ölürəm sənin üçün. Elə yataram ağuşunda. Əbədiyyən bu yuxudan Oyanmaram. Şirinliyindən doymaram. Dərinliyindən çıxmaram. Duymadı məni Görmədi səni Sevmədi onu Kimsə sən tək Sən də. Tək-tək istədiyini aldın məndən İndi əl çək Əl çək məndən! Ey, oğru!? Oğrusan sən dünya Oğru dünya. Doğru dünya. Oğru dünya..! Geri dön |