Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Afaq: “Başıma bir şey gəlsə, bilsinlər ki...”

Afaq: “Başıma bir şey gəlsə, bilsinlər ki...”


4-05-2016, 17:45. Yazar: Xeberaz

Afaq: “Başıma bir şey gəlsə, bilsinlər ki...”
Artıq xeyli müddətdir ki, yaradıcılığımdan uzaq düşmüşəm. Şəxsi həyatımda yaranan problemlərə görə bir çox yerlərdən qaçağam.

Bu sözləri müğənni Afaq Aslan keçmiş sevgilisi tərəfindən ölümlə hədələnməsi haqda Axar.az-a danışarkən deyib. Müğənni həmin şəxsin onu şantaj etdiyini bildirib:

“Bu günə qədər susdum, dedim, bəlkə düzələr. Amma demək istəyirəm ki, keçmiş sevgilim tərəfindən təzyiqlərə məruz qalıram. Şantaj olunuram, ölümlə hədələnirəm. Artıq həyatım təhlükədədir. Bu adam mənim İnstaqram səhifəmin parolunu sındırıb və orada mənim adımdan aidiyyətsiz paylaşımlar edib. Bu sözləri deməkdə məqsədim odur ki, sabah başıma bir şey gəlsə, bilsinlər ki, bunu keçmiş sevgilim edib. Bu insan mənimlə barışmaq, ailə qurmaq üçün bir çox variantlara əl atır. Amma məni anlamayan insanla ailə qura bilmərəm”.
Geri dön