Ana Sayfa > Karusel / Gündəm / M2 > Baş nazirin ailə biznesi erməniləri ayağa qaldırdı

Baş nazirin ailə biznesi erməniləri ayağa qaldırdı


4-05-2016, 13:16. Yazar: Xeberaz

Baş nazirin ailə biznesi erməniləri ayağa qaldırdı

Ermənistan Baş naziri Ovik Abraamyanın biznesi ermənilərin etirazına səbəb olub.

"Xəbəraz.az " xəbər verir ki, dünən Gegarkuniks vilayətinin Noratus şəhərinin sakinləri İrəvan-Sevan yolunu bağlayıblar. Buna səbəb isə onların ovladıqları xərçəngin ixracına izn verilməməsidir.

Kəndlilər onlara bu işdə Abraamyanın xüsusi maneə yaratdığını bildirirlər. Onların sözlərinə görə, məhz Abraamyanın ailəsi xərçəng ixracını öz monopoliyasında saxlayır.

Gegarkuniks rayonu qubernatorunun işə qarışmasından sonra əhali yolun açılmasına izn verib.

Geri dön