Ana Sayfa > Karusel / Dünya / M2 > Ted Kruz ABŞ prezidentliyindən imtina etdi

Ted Kruz ABŞ prezidentliyindən imtina etdi


4-05-2016, 13:08. Yazar: Xeberaz


Ted Kruz ABŞ prezidentliyindən imtina etdi
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Ted Kruz mübarizəni dayandırıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb.

Texas ştatından seçilən senatorun mübarizəni dayandırmasının səbəbi bilinmir.

Qeyd edək ki, bundan sonra Respublikaçılar Partiyasından ABŞ prezidenti postu uğrunda mübarizəni iki namizəd – Donald Tramp və Ohayo ştatının qubernatoru Con Keysik, Demokratlar Partiyasından isə sabiq dövlət katibi Hillari Klinton və Berni Sanders davam etdirir.

Geri dön