Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə koordinatları verdi, ABŞ vurmadı

Türkiyə koordinatları verdi, ABŞ vurmadı


4-05-2016, 12:39. Yazar: Xeberaz
Türkiyə koordinatları verdi, ABŞ vurmadı

Türkiyə ordusu Kilis vilayətini davamlı raket atəşinə tutan İŞİD terrorçuları ilə mübarizəni davam etdirir.

Axar.az xəbər verir ki, dünən pilotsuz uçan aparatlarla (PUA) İŞİD hədəflərini müəyyən edən hərbçilər koordinatları İncirlik bazasındakı beynəlxalq koalisiya ötürüb. Lakin koalisiya qüvvələri terrorçulara qarşı hava əməliyyatı keçirməyib.

Qeyd edək ki, başda ABŞ olmaqla kolaisiya qüvvələrinin əməliyyatdan imtina etməsi ilk dəfə deyil. Türkiyəli mütəxəssislər ABŞ-ın istəksiz davranışını PYD ilə əlaqələndirir.

Təhlükəsizlik qaynaqları ABŞ-dan gəlməsi gözlənilən HİMARS raketlərinin də yalnız psixoloji təsir göstərə biləcəyini deyir.
Geri dön