Ana Sayfa > Karusel / Dünya / M2 > Rus məhbus ABŞ-da müəmmalı şəkildə öldü

Rus məhbus ABŞ-da müəmmalı şəkildə öldü


4-05-2016, 01:34. Yazar: Xeberaz
Rus məhbus ABŞ-da müəmmalı şəkildə öldü

ABŞ həbsxanasında rusiyalı məhbus ölüb.

"Xəbəraz.az "Qazeta.ru-ya istinadən xəbər verir ki, həbsxana mühafizəçiləri 46 yaşlı İqor Zyazini kamerasında huşsuz şəkildə aşkar ediblər. Onu həyata qaytarmağa cəhd edilsə də, nəticəsi olmayıb.

Rusiyalı məhbusun hansı səbəbdən öldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, rusiyalı məhbus Meksikadan ABŞ-a qanunsuz şəkildə keçməyə cəhd edərkən həbs edilmişdi. Bundan öncə isə o, 2009-cu ildə ABŞ-dan deportasiya edilmişdi.

Geri dön