Ana Sayfa > Karusel / Dünya / M2 > Merkel: "Onları qəbul etmirəm"

Merkel: "Onları qəbul etmirəm"


3-05-2016, 23:41. Yazar: Xeberaz

Merkel: "Onları qəbul etmirəm"

Bəzi dövlətlərin “Müsəlmanlar ölkəmizə girə bilməz” deməsini qəbul etmirəm. Fikrimcə bu yanlışdır.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

“Müsəlmanlara qarşı irqçi çıxışlar Avropanın din azadlığı ilə bağlı dəyərlərinə uyğun gəlmir. Almaniyanın Alternativ Partiyasının islam əleyhinə çıxışlarını qəti şəkildə qəbul etmirəm. Şəxsən sədri olduğum Xrsitian Demokrat Birlik Partiyasının onlarla kifayət qədər problemi var. Digər tərəfdən miqrant axınına qarşı sərhədlərin uzun müddət bağlanılması düzgün deyil. Bunun uzun müddət davam etməsi Avropanın zəifləməsinə gətirib çıxara bilər”, - Merkel bildirib.
Geri dön