Ana Sayfa > Karusel / İdman / Bizim seçim > Yarımfinalda hesab açıldı - Yenilənir

Yarımfinalda hesab açıldı - Yenilənir


3-05-2016, 23:28. Yazar: Xeberaz
Yarımfinalda hesab açıldı - Yenilənir

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilir.
"Xəbəraz.az " xəbər verir ki, “Bavariya” “Alyans Arena”da ilk matçda 0:1 hesabı ilə uduzduğu “Atletiko”nu qəbul edir.

Artıq cavab oyunu üçün heyətlər müəyyənləşib:

“Bavariya”: Noyer, Xavi Martinez, Riberi, Levandovski, Duqlas Kosta, Xabi Alonso, Boatenq, Lam (k), Vidal, Alaba, Müller

Ehtiyat oyunçular: Ulrayx, Taşçı, Tiaqo Alkantara, Rafinya, Qötze, Koman, Kimmix

“Atletiko”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saul Niqes, Xuanfran, Ximenes

Ehtiyat oyunçular: Moya, Saviç, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Vietto.

***

Oyunun 31-ci dəqiqəsində “Bavariya” oyunda hesab açdı. Xabi Alonso komandasının ilk qolunu vurur.

***

Oyunun 34-cü dəqiqədə “Atletiko”nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edir. Amma Müller zərbəni dəqiq yerinə yetirə bilmir.

Açar sözlər: UEFA - yarımfinal - futbol - “Bavariya” - “Atletiko”
Geri dön