Ana Sayfa > Karusel / Dünya / M2 > Davudoğlunu Ərdoğanın kürəkəni əvəzləyə bilər

Davudoğlunu Ərdoğanın kürəkəni əvəzləyə bilər


3-05-2016, 19:58. Yazar: Xeberaz
Davudoğlunu Ərdoğanın kürəkəni əvəzləyə bilər
Türkiyə baş naziri vəzifəsinə prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak və ya dənizçilik və kommunikasiya naziri Binali Yıldırım gətirilə bilər.

"Xəbəraz.az " Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə AKP-nin idarə heyətində olan HDP-li (Xalqların Demokratik Partiyası) siyasətçi, Mersinli millət vəkili Dengir Mir Mehmet fırat bildirib.

Deputat “Fırat” xəbər agentliyinə açıqlamasında Davudoğlunun bundan sonrakı dönəmdə siyasi fiqur olacağını bəyan edib:

“Cənab Davudoğlu baş nazir vzifəsini itirdi. Onun şərəfinə toxunacaq hərəkətlər edilir. Lakin istefa vermir. Onun yerinə ya kürəkən bəy, ya da Binali bəy gətiriləcək. AKP-də isə heç bir dəyişiklik olmayacaq. Çünki AKP demək, Ərdoğan deməkdir”, - deyə deputat söyləyib.

Qeyd edək ki, 38 yaşlı B. Albayrak Esra Ərdoğanla ailəlidir. Cütlüyün 3 övladı var.
Geri dön