Ana Sayfa > Karusel / Dünya / Maraqlı > “Türk Telekom” Türkiyənin bütün internetsiz evlərini pulsuz internetlə təmin edəcək

“Türk Telekom” Türkiyənin bütün internetsiz evlərini pulsuz internetlə təmin edəcək


22-04-2015, 15:51. Yazar: Xeberaz
“Türk Telekom” Türkiyənin bütün internetsiz evlərini pulsuz internetlə təmin edəcək

Türkiyənin ən iri telekommunikasiya şirkəti olan “Türk Telekom” yaranmasının 175-ci ildönümü münasibətilə pulsuz internet kampaniyası keçirməyə qərar verib.

Xeberaz.az -ın “Milliyet”ə istinadən yaydığı xəbərə görə, “Türk Telekom”un baş icraçı direktoru Rami Aslan evində internet olmayan bütün ölkə vətəndaşlarını pulsuz internetlə təmin edəcəklərini açıqlayıb: “Bu günə qədər evinə internet xətti çəkdirməmiş bütün vətəndaşlarımızı 2 il müddətində ödənişsiz internetlə təmin edəcəyik. 4 meqabit sürətə malik internet bağlantısı ilə Türkiyə əhalisinin bütün kommunikasiya ehtiyaclarını təmin etməyi qarşımıza məqsəd qoymuşuq”.

“Türk Telekom”un rəhbəri Məhəmməd Həriri isə 10 il əvvəl tenderdə qalib gələrək şirkəti özəlləşdirdiklərini və TT-nin Türkiyənin ən böyük özəlləşdirilmiş şirkəti olduğunu vurğulayıb: “Türkiyənin internet və telekommunikasiya sektoruna liderlik edirik. Qoyduğumuz sərmayələr bu ilin sonunda 22 milyard lirəyə çatacaq. Bu, Türkiyədə telekommunikasiya yatırımlarının 50 faizindən çoxunu təşkil edir”.

Qeyd edək ki, “Türk Telekom”un 175 illiyi münasibətilə aprelin 21-də Ankarada keçirilən mərasimə prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Geri dön