Ana Sayfa > Karusel / Təhsil / M2 > Nəsiminin Yusifi 78 yaşında

Nəsiminin Yusifi 78 yaşında


3-05-2016, 18:51. Yazar: Xeberaz
Nəsiminin Yusifi 78 yaşında
Bu gün Azərbaycan kinosunda özünəməxsus yeri olan aktyor, xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür.

Axar.az xatırladır ki, Kamal Xudaverdiyev 1938-ci il mayın 3-də Bakıda anadan olub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə teatra işə dəvət olunub. Ömrünün sonuna qədər həmin teatrda fəaliyyət göstərən aktyor bu illər ərzində gözəl tamaşalarla yanaşı, televiziya tamaşalarında da bir-birindən maraqlı obrazlar yaradıb.

“Atayevlər ailəsi”ndə oynadığı İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay obrazları bu gün də tamaşaçıların yaddaşında yaşayır.

Kamal Xudaverdiyev eyni zamanda kinoda da maraqlı rollar canlandırıb. O, ”Əlvida cənub şəhəri” (İsmayıl dayı), “Qəzəlxan” (Qafarzadə), “Qatır Məmməd” (Əhəd), “İstintaq davam edir” (Çingizov), “Nəsimi” (Yusif), “Dağlarda döyüş” (Baş leytenant Rəhimov) kimi filmlərdə özünəməxsus obrazlar yaradıb.

Qeyd edək ki, xalq artisti Kamal Xudaverdiyev 2008-ci ildə Bakıda ürək çatışmazlığından dünyasını dəyişib.
Geri dön