Ana Sayfa > Karusel / Dünya / M2 > Türk futbolunda tarixi qərar: yasaq ləğv olundu

Türk futbolunda tarixi qərar: yasaq ləğv olundu


3-05-2016, 17:11. Yazar: Xeberaz

Türk futbolunda tarixi qərar: yasaq ləğv olundu
İdman Təhlükəsizlik Qurumu Türkiyə Super Liqasında keçiriləcək derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona gəlməsi ilə bağlı qadağanı ləğv edib.

Axar.az xəbər verir ki, Türk Telekom Arenada oynanılacaq “Qalatasaray”-“Beşiktaş” derbisində “Beşiktaş” azarkeşləri də stadionda yerlərini alacaq.

Məlumata görə, 2800 “Beşiktaş” azarkeşi oyunu stadiondan izləyə biləcək.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası 2011-ci ildə yüksək gərginliklə keçən derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona girişini qadağan etmişdi.
Geri dön