Ana Sayfa > Karusel / İdman / M2 > Bakı-2015 nüfuzlu mükafata layiq görüldü

Bakı-2015 nüfuzlu mükafata layiq görüldü


3-05-2016, 16:39. Yazar: Xeberaz

Bakı-2015 nüfuzlu mükafata layiq görüldü
Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq “Emmi” mükafatına layiq görülüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, bu il martın 24-də baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü “Emmi” mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub. Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə “Sound mix” nominasiyasıdır.
Geri dön