Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ "Dəniz ovçusu"nu suya buraxdı

ABŞ "Dəniz ovçusu"nu suya buraxdı


3-05-2016, 14:54. Yazar: Xeberaz

ABŞ "Dəniz ovçusu"nu suya buraxdı

ABŞ hərbçiləri ekipaj üzvləri olmadan işləyə bilən “Dəniz ovçusu” adlı 40 metrlik gəmini sınaqdan keçiriblər.

Gəmi Pentaqona məxsus DARPA agentliyi və “Leidos” firması tərəfindən iki ilə hazırlanıb.

DARPA-nın nümayəndəsi Cared Adamsın sözlərinə görə, gəmi hərbi əməliyyatlar zamanı ciddi insan itkisi təhlükəsinin qarşısını almağa kömək edəcək. Sınaq zamanı “Dəniz ovçusu”nun göyərtəsində mütəxəssislər olacaq, amma qurğu avtomatik işləyəcək.

Gəmiyə silah quraşdırılmayıb, onun əsas tapşırığı dizel-elektrik sualtı qayıqlarını aşkar etməkdir.

Geri dön