Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyada helikopter qəzası: 3 nəfər ölüb

Rusiyada helikopter qəzası: 3 nəfər ölüb


3-05-2016, 12:18. Yazar: Xeberaz
Rusiyada helikopter qəzası: 3 nəfər ölüb
Rusiyanın Kamçatka vilayətində “Robinson-44” helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka Vilayəti üzrə Baş İdarəsinin məlumatında deyilir.
Qəzanın baş verdiyi ərazidə 3 nəfərin cəsədi tapılıb. Axtarışlar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən onu da əlavə ediblər ki, bu model helikopter 4 nəfər yerlikdir.

Kamçatka regional axtarış-xilasetmə bazasından bildirilib ki, helikopterin uçuş üçün qeydiyyatı olmayıb.

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

pia.az
Geri dön