Ana Sayfa > Karusel / Gündəm / M2 > DİN xüsusi əməliyyat keçirir - Həbslər var

DİN xüsusi əməliyyat keçirir - Həbslər var


3-05-2016, 11:52. Yazar: Xeberaz

DİN xüsusi əməliyyat keçirir - Həbslər var
Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.

APA-nın məlumatına görə, əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlı keçirilir.

Məlumata görə, artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunan şəxslər də var.

Geri dön