Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Feysbuk virus yayır - Diqqət
Feysbuk virus yayır - Diqqət3-05-2016, 09:22. Yazar: Xeberaz |
Son günlər “Facebook”da yayılmış "Profilimə ən son baxanlar" virusu istifadəçiləri bezdirib. "Xəbəraz.az " xezerxeber.com-a istinadən xəbər verir ki, başlığa aldanıb keçidə daxil olmağa çalışanlar virusu dostluğundakılara yayırlar. Beləcə virus şəbəkə halında minlərlə insana çatır. İnformasiya Komunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkələrdə belə virusların qəsdən yayıldığını və bəzi şəxlsərin bu işdə marağının olduğunu bildirir. Mütəxəssislər “Facebook”un belə xidmətinin olmadığını və virusa yoluxmamaq üçün şübhəli məlumatları açmamağı məsləhət görürlər. Profili virusa yoluxan istifadəçilər isə bəzi qaydalara əməl etməlidirlər. Mütəxəssislər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bənzər hallarla bağlı vətəndaşları xəbərdar edilməli olduğunu xatırladırlar. Geri dön |