Ana Sayfa > Karusel / Dünya / M2 > Sərkisyan Rusiyaya yalvarır: “Ümidlərimiz...”

Sərkisyan Rusiyaya yalvarır: “Ümidlərimiz...”


3-05-2016, 09:15. Yazar: Xeberaz

Sərkisyan Rusiyaya yalvarır: “Ümidlərimiz...”

Bizim Rusiyadan gözləntilərimiz hələ də tükənməyib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın hakim Respublika Partiyasının vitse-sədri Armen Aşotyan söyləyib. Onun sözlərinə görə, Ermənistanda yaradılan anti-Rusiya hərəkatı qeyri-səmimidir:

“Biz Rusiyanın içində olduğu struktura daxil olmuşuq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olanda biz bu ölkələrin ümumilikdə hamısına ümid etmirdik. Gözləntilərmiz beynəlxalq imkanlarımızla qarşılıqlı olmalıdır”.

Qeyd edək ki, Dördgünlük Qarabağ savaşında Azərbaycandan ağır zərbə alması İrəvanda siyasi situasiyanı kəskinləşdirib. Ölkədə Rusiya əleyhdarlarının sayı artıb. Ermənistan hökumətinin bəzi nümayəndələri də Moskvanı İrəvana lazımı dəstək verməməkdə günahlandırıblar.
Geri dön