Ana Sayfa > Karusel / Hadisə / M2 > FHN intiharın qarşısını aldı - Bakıda

FHN intiharın qarşısını aldı - Bakıda


3-05-2016, 09:03. Yazar: Xeberaz

FHN intiharın qarşısını aldı - Bakıda

Bakı şəhəri, Nərimanov rayonunda bir nəfər intihar etmək məqsədi ilə yaşadığı doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanına çıxıb.
"Xəbəraz.az " FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:13-də başa çatıb.

Geri dön