Ana Sayfa > Karusel / Gündəm / M2 > DİN-dən daha bir uğurlu əməliyyat - Foto

DİN-dən daha bir uğurlu əməliyyat - Foto


2-05-2016, 23:18. Yazar: Xeberaz
DİN-dən daha bir uğurlu əməliyyat - Foto

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

"Xəbəraz.az " Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İnstaqram və Feysbuk sosial şəbəklərində saxta profillər vasitəsilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxlu sayda vətəndaşı dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə “İnstagram” sosial şəbəkəsində yaratdığı “arif_memmedov.85”, eləcə də “baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib.

Silah almaq istəyən şəxslər online sistemlər vasitəsilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




DİN-dən daha bir uğurlu əməliyyat - Foto
DİN-dən daha bir uğurlu əməliyyat - Foto
Geri dön