Ana Sayfa > Karusel / Dünya / M2 > De Vaal: “Abxaziya konflikti dondurulmamalıdır”

De Vaal: “Abxaziya konflikti dondurulmamalıdır”


2-05-2016, 17:35. Yazar: Xeberaz

De Vaal: “Abxaziya konflikti dondurulmamalıdır”
Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanımasından sonra bölgədəki situasiya radikal şəkildə dəyişib.

"Xəbəraz.az " xəbər verir ki, bunu “dfwatch.net” saytına müsahibəsində ekspert Tomas De Vaal söyləyib. Onun sözlərinə görə, bu konfliktlər dondurulmuş olaraq tanınsa, Gürcüstana ziyan vuracaq:

“Dondurulmuş konflikt termini mənim xoşuma gəlmir. Bu o deməkdir ki, heç nə dəyişmir. Bu termin zərərverici ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Abxaziya konflikti 2008-ci ildə daha pis vəziyyətə çatdı. Məhz bundan sonra Rusiya bu konfliktdə əsas aparıcı qüvvə oldu”.

Geri dön