Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycan Beynəlxalq Bankı əmanət faizlərini yüksəltdi

Azərbaycan Beynəlxalq Bankı əmanət faizlərini yüksəltdi


2-05-2016, 15:24. Yazar: Xeberaz
Azərbaycan Beynəlxalq Bankı əmanət faizlərini yüksəltdi
Vəsaitlərini əmanət qoymaq istəyən müştərilərə Azərbaycan Beynəlxalq Bankıdan mühüm bir xəbər var. 2 may 2016-cı il tarixindən etibarən Bank əmanət faizlərini artırıb. Müştərilərdən əmanətləri 12 aydan 120 ayadək müddətə qəbul edən Azərbaycan Beynəlxalq Bankıda illik əmanət faizləri müddətdən asılı olaraq indi 11,75%-ə qədər yüksəlib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankıda əmanətlər həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə qəbul edilir. Faiz gəlirlərinin aylıq, yaxud illik ödənilməsindən, eləcə də valyuta növündən asılı olaraq faizlər dəyişir. Əmanət şərtləri ilə bağlı daha ətraflı məlumatı bu bölmədən əldə etmək olar: https://www.ibar.az/fiziki-sexslere/emanetler-uzre-faiz-dereceleri/

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Açar sözlər: Azərbaycan Beynəlxalq Bankı - əmanətlər - dollar
Geri dön