Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya türk dövlətlərinə viza tətbiqinə hazırlaşır

Rusiya türk dövlətlərinə viza tətbiqinə hazırlaşır


2-05-2016, 14:56. Yazar: Xeberaz

Rusiya türk dövlətlərinə viza tətbiqinə hazırlaşır

Rusiya mütləq Mərkəzi Asiya ölkələrinə qarşı viza rejimi tətbiq etməlidir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, bu addım son günlər məhz bu ölkələrdən olan miqrantların törətdiyi böyük cinayətlərlə bağlıdır.

O, Rusiya vətəndaşlığının verilməsi qaydalarının sərtləşdirilməsini də istəyib.

Qeyd edək ki, bundan öncə Sızrani şəhərinin eks-polis rəisi və Moskvadakı azyaşlı körpə məhz Mərkəzi Asiya vətəndaşları tərəfindən qətlə yetirilib.
Geri dön