Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya da sözünü tutmadı

Rusiya da sözünü tutmadı


2-05-2016, 14:44. Yazar: Xeberaz

Rusiya da sözünü tutmadı
Rusiya 2016-cı ilin yanvar-aprel ayları ərzində neft hasilatını artırıb.

"Xəbəraz.az "Axar.aza istinadən xəbər verir ki, Rusiyada ilin ilk 4 ayı ərzində neft hasilatı gündəlik 10,889 milyon barrelə yüksəlib.

Apreldə ölkədə neft hasilatı 2015-ci ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz artaraq 44,368 milyon ton olub.

Qeyd edək ki, ötən ay OPEK ölkələrində də neft hasilatı artıb və 1989-cu ildən bəri ən yüksək həddə çatıb.

Bu ilin fevralında Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatının 2016-cı ilin 16 yanvar həddində saxlanılması barədə razılaşıb. Lakin hələlik bu razılaşma öz təsdiqini tapmayıb və ölkələr hasilatlarını artırmağa davam edir.
Geri dön