Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-in həyatı gizli kamera ilə çəkildi
İŞİD-in həyatı gizli kamera ilə çəkildi2-05-2016, 13:37. Yazar: Xeberaz |
Səid Ramzi təxəllüsündən istifadə edən fransalı jurnalist üç ay ərzində İŞİD-in Fransadakı tərəfdarlarının həyatını çəkib. "Xəbəraz.az "Publika.aza istinadən xəbər verir ki, jurnalist “Allahın əsgərləri” sənədli filmi üçün materiallar toplayıb. “Mənim hədəfim o idi ki, onların beynində nə baş verdiyini anlayım. Əsas dərslərdən biri o oldu ki, onların hərəkətlərində heç vaxt islam əlamətləri müşahidə olunmurdu. Dünyanı yaxşılaşdırmaq arzuları yox idi”, - Ramzi qeyd edib. Ramzi bildirib ki, cihadçılarla sosial şəbəkə vasitəsilə əlaqəyə girmək çox asan olub. Fransalı jurnalist üç ay müddətində İŞİD-çilərin arasında yaşayıb. Bir dəfə qadın ona təlimatların olduğu məktubu verib. Məktubda gecə klubuna hücumun planı əksini tapıbmış. Lakin planı həyata keçirmək mümkün olmayıb. Qrup hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. Məlumata görə, İŞİD bütün Avropa üzrə “ölüm dalğası” üçün 400 döyüşçü hazırlayıb. Geri dön |