Ana Sayfa > Karusel / Gündəm / M2 > DİN-dən partlayışla bağlı məlumat

DİN-dən partlayışla bağlı məlumat


2-05-2016, 13:10. Yazar: Xeberaz

DİN-dən partlayışla bağlı məlumat

Daxili İşlər Nazirliyi Zaqatalada polis məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, mayın 1-də saat 07.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
Geri dön