Ana Sayfa > Karusel / Dünya / M2 > Merkeldən baş nazirə təklif: “NATO-ya üzv olun”

Merkeldən baş nazirə təklif: “NATO-ya üzv olun”


2-05-2016, 12:45. Yazar: Xeberaz
Merkeldən baş nazirə təklif: “NATO-ya üzv olun”

Almaniya kansleri Angela Merkel 2015-ci ilin martında Yaponiyaya səfər edərkən baş nazir Sintze Abeyə “gündoğan” ölkənin NATO-ya üzv olmasını təklif edibmiş

Yaponiyanın “Yomiuri” qəzetinin yazdığına görə Almaniya kansleri “gündoğan” ölkəyə hər cür yardım etməyə hazır olduğunu deyib.

“Sintze, nə üçün Yaponiya NATO-ya üzv olmasın? Mən Britaniya baş naziri Devid Kemeronu və Fransa prezidentini buna razı sala bilərəm”.

Yaponiya mətbuatının məlumatına görə Abe bu məsələni gələcəkdə müzakirə edə biləcəklərini deyib. Bununla belə, nazir NATO-ya üzv olacaqları təqdirdə Rusiya ilə mübahisəli Kuril adalarının qaytarılması ilə bağlı danışıqlarının kəsiləcəyindən qorxduğunu deyib. (modern.az)

Geri dön