Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV > PKK terrorçularından erməniləri ifşa edən görüntü - Video

PKK terrorçularından erməniləri ifşa edən görüntü - Video


2-05-2016, 00:48. Yazar: Xeberaz
PKK terrorçularından erməniləri ifşa edən görüntü - Video
Türkiyənin hüquq-mühafizə orqanlarının Yüksekovada aparıdğı əməliyyatlar zamanı PKK terrorçularına məxsus videoçəkilişlər ələ keçirilib.

PKK terrorçularının tez-tez yerlərini dəyişdiyi, bəzən məscidlərdən, bəzən birmərtəbəli, yaxud bir neçə mərtəbəli binalardan istifadə etdikləri məlum olub.

Ələ keçirilən görüntülərdə PKK-nın tərkibində ermənilərin də vuruşduğu üzə çıxıb. Terrorçuların qərargah kimi istifadə etdikləri bir evin baxçasında çıxış edən Rozerin ləqəbli terrorçu Rızgar ləqəbli başqa bir terrorçuya bu sözləri deyir:

- Ermənilər də bu savaşda iştirak edir.

- Ermənilər olmazsa, bu müharibədə qələbə qazana bilməzsiniz.

Əməliyyat zamanı PKK terrorçularından xeyli sayda partlayıcı vasitə, silah və sursat da ələ keçirilib.

Geri dön