Ana Sayfa > Karusel / Hadisə / M2 > Balakəndə 25 yaşlı gənc intihar etdi

Balakəndə 25 yaşlı gənc intihar etdi


2-05-2016, 00:07. Yazar: Xeberaz
Balakəndə 25 yaşlı gənc intihar etdi

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 1-i axşam saat 17:30 radələrində Balakən şəhəri, Füzuli küçəsi ev 28 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Ramazan Şəmsəddin oğlu Piriyevin meyiti evin mətbəxində asılı vəziyyətdə valideyinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 25 yaşlı Ramazan Piriyevin intihar etməsi məlum olub. Ramazan Piriyev intihar edən zaman evdə tək olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Geri dön