Ana Sayfa > Karusel / İdman / M2 > Avropa çempionatının daha bir iştirakçısı Bakıda

Avropa çempionatının daha bir iştirakçısı Bakıda


1-05-2016, 20:40. Yazar: Xeberaz

Avropa çempionatının daha bir iştirakçısı Bakıda
Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı paytaxta gəlib.

"Xəbəraz.az "məlumatına görə, Fransa yığması bu gün saat 18:35-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Yığmanı hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.
Qeyd edək ki, C qrupunda mübarizə aparacaq Fransa yığmasının rəqibləri Danimarka, İsveç və İngiltərədir.
Geri dön