Ana Sayfa > Karusel / Hadisə / M2 > Lənkəranda yanğın: 18 nəfər təxliyyə edildi

Lənkəranda yanğın: 18 nəfər təxliyyə edildi


1-05-2016, 20:22. Yazar: Xeberaz
Lənkəranda yanğın: 18 nəfər təxliyyə edildi
Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin dəhlizində qapı və mətbəxinin yanar konstruksiyaları yanıb.

"Xəbəraz.az " FHN-ə istinadla xəbər verir ki, yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön