Ana Sayfa > Karusel / Siyasət / M2 > Bələdiyyə ilə bağlı - Yeni qayda

Bələdiyyə ilə bağlı - Yeni qayda


1-05-2016, 17:18. Yazar: Xeberaz

Bələdiyyə ilə bağlı - Yeni qayda

Bələdiyyə üzvlərinin etik davranış qaydaları hazırlanaraq qəbul ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən, Milli Məclis, bələdiyyələr, bələdiyyələrin milli assosiasiyalarına tövsiyə edilib ki, 2016-2017-ci illərdə bələdiyyə üzvlərinin etik davranış qaydalarının hazırlanması və qəbul edilməsi təmin edilsin. Bələdiyyələr, bələdiyyələrin milli assosiasiyalarına 2016-2018-ci illərdə bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması tövsiyə olunub.
Geri dön