Ana Sayfa > Karusel / Dünya / M2 > İraqda partlayış - 33 nəfər öldü

İraqda partlayış - 33 nəfər öldü


1-05-2016, 17:02. Yazar: Xeberaz
İraqda partlayış - 33 nəfər öldü
Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayış nəticəsində ən azı 33 nəfər həyatını itirib.
"Xəbəraz.az " "Report"a istinadən xəbər verir ki, bu barədə "Franc Press" məlumat yayıb.
Məlumata görə, şəhərdə iki minalanmış avtomobil partladılıb. Onlardan biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanmış olub.

Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.
Geri dön