Ana Sayfa > Karusel / Dünya / M2 / Foto-fakt > Ərzaq mağazasını qarət edən Azərbaycanlılar tutuldu

Ərzaq mağazasını qarət edən Azərbaycanlılar tutuldu


22-04-2015, 12:19. Yazar: Xeberaz
Ərzaq mağazasını qarət edən Azərbaycanlılar tutuldu
Ziyanın ümumi dəyəri 4,5 milyon rubl təşkil edib.

Yanvarın 6-da Moskvada Rudnevka küçəsində yerləşən ərzaq mağazasına qarət məqsədilə hücum olduğu barədə polisə məlumat daxil olub.

Xeberaz.az Rusiya KİV-nə istinadla xəbər verir ki, hadisə yerinə gəlmiş polis əməkdaşları müəyyən ediblər ki, saat 19:00 radələrində mağazaya dörd naməlum şəxs daxil olub, pistoletə oxşayan alətlə kassirə hədə-qorxu gəlib və mağaza sahibinə məxsus seyfdən pullar və zinət əşyaları oğurlayıblar.

Ziyanın ümumi dəyəri 4,5 milyon rubl təşkil edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Rusiya DİN-nin əməliyyat-axtarış tədbirləri nəticəsində SOBR “Rıs”ın dəstəyi ilə Moskva vilayətində Moskva ərazisində qarətlər törətmiş etnik qruplaşmanın üç üzvünü şübhəli şəxs kimi saxlanılıb.

Daha sonra Lyubertsı şəhərində 4-cü şübhəli şəxs saxlanılıb.




Saxlanılanlar Azərbaycandan olan üç işsiz və 32 yaşlı qazaxıstanlı olub. Hazırda şübhəli şəxslər həbsdədirlər.
Geri dön