Ana Sayfa > Karusel / Dünya / Bizim seçim > Putin güc strukturlarını silkələdi – Fərman

Putin güc strukturlarını silkələdi – Fərman


1-05-2016, 10:31. Yazar: Xeberaz
Putin güc strukturlarını silkələdi – Fərman


Rusiya Prezidenti Vladimir Putin bəzi federal dövlət orqanlarında kadr dəyişiklikləri ilə bağlı fərman imzalayıb.

"Xəbəraz.az " xəbər verir ki, fərmana əsasən, Cənub Nəqliyyat Prokurorluğunun rəhbəri Serqey Dmitriyev, Moskva üzrə Federal Cəza orqanının başçısı İqor Klimenov vəzifədən azad edilib. Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Yurı Nırkov da vəzifədən kənarlaşdırılıb.

Sankt-Peterburq şəhərinin rəhbəri vəzifəsinə 5 il müddətinə Aleksandr Klaus təyin edilib. Valeri Samodaykin Samara, Altay Respublikasının rəhbərliyinə isə Altay Starikov gətirilib.

Serqey Kostırkin isə Şimal-Qərb Federal dairəsi üzrə Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin rəisi təyin edilib.
Geri dön