Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda pravoslavlar Pasxanı qeyd edir - Video

Bakıda pravoslavlar Pasxanı qeyd edir - Video


1-05-2016, 01:51. Yazar: Xeberaz

Bakıda pravoslavlar Pasxanı qeyd edir - Video

Azərbaycanda yaşayan pravoslav xristianlar Pasxa bayramını qeyd edir.

ANS-in məlumatına görə, Bakıda yaşayan pravoslavlar bu gün axşam saatlarından paytaxtdakı kilsələrdə toplaşıb.

Təxminən axşam saat 23:00 radələrindən insanlar Rus Pravoslav Kilsəsinə gəlməyə başlayıb. Mərasim səhər saatlarına qədər davam edəcək.

Kilsədə müxtəlif dini ayinləri icra edən pravoslavlar bayramı qeyd etmək üçün kuliç, rulet, vatruşka və digər məşhur Pasxa şirniyyatı hazırlayıblar. Kilsəyə gələnlər dualar edir, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.

Pasxa bayramı İsa Peyğəmbərin yenidən həyata qayıtmasına həsr edilib və bu hadisə xristian dininin başlanğıcı və məzmunudur. İsa Məsihin çarmıxa çəkildiyi xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir. Bu gündə insanlar ölümə qalib gəlmələrini, dünyanın və qəlblərinin yeniləşməsini bayram edir və digərləri ilə bunları bölüşürlər. Pasxa bayramı pravoslavlar arsında daha geniş qeyd edilir.

Geri dön