Ana Sayfa > Karusel / İdman / M2 > "Formula 1" üçün heç bir təhlükə gözlənilmir"

"Formula 1" üçün heç bir təhlükə gözlənilmir"


1-05-2016, 01:42. Yazar: Xeberaz


"Formula 1" üçün heç bir təhlükə gözlənilmir"
Azərbaycanın paytaxtı Bakıda maşınların "Formula 1" dərəcəsində keçiriləcək avtomobil yarışları üzrə dünya çempionatının avropa mərhələsi üçün heç bir təhlükə yoxdur.

Trend-in məlumatında görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Rusiyanın TASS agentliyinə bildirib.

"Biz əminik ki, Avropa Qran-prisinin keçirilməsi üçün heç bir təhlükə yoxdur. Biz (FIA) son xəbərləri izləyirik (Dağlıq Qarabağdakı vəziyyətlə bağlı - red.), amma vurğulayırıq ki, yarışın keçirilməsi siyasətdən kənardır", deyə federasiya bildirib.
Geri dön