Ana Sayfa > Karusel / Dünya / M2 / Xəbəraz TV > Polislər çempionu döydü - Video

Polislər çempionu döydü - Video


30-04-2016, 23:13. Yazar: Xeberaz

Polislər çempionu döydü - Video
Məşhur ukraynalı güləşçi Vyaçeslav Olinik içkili vəziyyətdə maşın sürərkən polis tərəfindən yaxalanıb. ANS-in məlumatına görə, Olimpiya çempionunun polislərlə mübahisəsi sonda davaya çevrilib.

Kievdə 50 yaşını dostları ilə qeyd edən keçmiş idmançı polisdən buraxılmasını istəyib. Polislərlə mübahisəyə başlayan Olinik cəza almamaq üçün əlindən gələn hər şeyi edib. Onun bu inadkarlığı tərəflər arasında davaya səbəb olub.

7 polislə dava edən veteran güləşçiyə qarşı bibər qazından və dubinkadan istifadə edililib. Nəticədə sifəti qana boyanan Oliniki polislər yerə yıxaraq həbs edib. Vyaçeslav Olinik 1996-cı il Atlantada keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub və Ukraynanın tanınmış idmançılarından sayılıb. Faktla bağlı Ukrayna polisi araşdırmaya başlayıb.

Geri dön