Ana Sayfa > Karusel / Dünya / M2 > İraq parlamentinə hücum: "Rədd olun"

İraq parlamentinə hücum: "Rədd olun"


30-04-2016, 20:29. Yazar: Xeberaz

İraq parlamentinə hücum: "Rədd olun"
İraqın şiə din xadimi Müktəda əs-Sədr tərəfdarları parlament binasına hücum ediblər.

"Xəbəraz.az " xəbər verir ki, binaya daxil olan qrup parlament iclaslarında iştirak etməyən deputatlar barədə “Qorxaqlar rədd olsun” şüarı səsləndiriblər.

Məlumata görə, nümayişçilər binaya giriş-çıxışı bağladığından deputatlar ehtiyat çıxışından qaçmağa məcbur olublar.

Bəzi deputatların hətta xəsarət aldığı da bildirilib

Polis ətrafda təhlükəsizlik tədbirlərini gücləndirib.
Geri dön