Ana Sayfa > Karusel / Hadisə / M2 > Xəzərdə qayıq aşdı – balıqçı batdı

Xəzərdə qayıq aşdı – balıqçı batdı


30-04-2016, 20:12. Yazar: Xeberaz

Xəzərdə qayıq aşdı – balıqçı batdı

Xəzər dənizində qayığın aşması nəticəsində suya düşən şəxs dünyasını dəyişib.

"Xəbəraz.az " Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunublar.

Axtarışlar nəticəsində ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazidə batan 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri dön