Ana Sayfa > Karusel / Dünya / M2 > 94 yaşlı nasist ilk dəfə danışdı: “Dəhşət idi”

94 yaşlı nasist ilk dəfə danışdı: “Dəhşət idi”


30-04-2016, 17:20. Yazar: Xeberaz
94 yaşlı nasist ilk dəfə danışdı: “Dəhşət idi”

94 yaşlı keçmiş nasist Reyinqold Hanninq ilk dəfə 170 min nəfərin öldürülməsi haqda danışıb.

"Xəbəraz.az " xəbər verir ki, Almaniyanın Detmold şəhərində keçirilən məhkəmədə ifadə verən Hanninq həmin günlərin dəhşətlərindən danışıb. O, əməllərinə görə peşman olduğunu bildirib:

“İnsanlar güllələndi, qaz kameralarına öldürüldü, diri-diri yandırıldı. Cəsədlərin daşınması prosesini öz gözümlə görmüşəm. Auşvitz həbs düşərgəsində işlədiyim, bu sistemin bir parçası olduğum üçün çox peşmanam. Ədalətsizliyə göz yumduğum üçün utanıram. Bunlar dəhşət idi. Kaş ki, orada olmayaydım”.

Auşvitz həbs düşərgəsindən sağ çıxan və şikayətçi olan 95 yaşlı Leon Şvarsbaum Hanninqin üzrünü qəbul etdiyini, ancaq onu bağışlamayacağını bildirib. Hanninq ilə bağlı qərar mayın 27-də veriləcək.
Geri dön