Ana Sayfa > Karusel / Dünya / M2 > Türk pilotlar PKK anbarlarını darmadağın etdi

Türk pilotlar PKK anbarlarını darmadağın etdi


30-04-2016, 16:46. Yazar: Xeberaz

Türk pilotlar PKK anbarlarını darmadağın etdi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK düşərgələrinə növbəti əməliyyat təşkil edib.

"Xəbəraz.az " xəbər verir ki, əməliyyata 4 ədəd F-16 və 14 ədəd F-4 qatılıb.

2 saat 40 dəqiqə davam edən əməliyyat zamanı PKK-nın Qəndil, Haqqurq və Avaşin düşərgələrindəki sığınacaqları və anbarları bombalanıb.

Türkiyə Baş Qərargah rəisliyi PKK-nın müəyyən edilən hədəflərinin dəqiqliklə vurulduğunu və qırıcıların aviabazalara qayıtdığını açıqlayıb.
Geri dön