Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > Azərdən Moskvada möhtəşəm ifa - Video

Azərdən Moskvada möhtəşəm ifa - Video


30-04-2016, 15:58. Yazar: Xeberaz
Azərdən Moskvada möhtəşəm ifa - Video
Rusiyanın “Birinci kanal”ının “Uşaqların səsi” layihəsində finala yüksələn Azər Nəsibov final şousunda italiyalı opera ifaçısı Enriko Karuzoya həsr olunmuş mahnını

səsləndirib.
"Xəbəraz.az "xəbər verir ki, Nəsibov Taisiya Podqornaya və Vsevolod Rudakovla birgə Pelaqeyin komandasında çıxış edib.
Televiziya tamaşaçılarının səsverməsindən sonra Nəsibov super finala yüksələ bilməyib. Pelaqeyin komandasından yalnızca Taisiya Podqornaya super finala adlayıb.

“Valideynlərimə, Pelaqeyə, Dima Bilana və Leonid Aqutinə təşəkkür edirəm. Çox sağol, Azərbaycan, səni sevirəm!”, - Nəsibov deyib.

Qeyd edək ki, A.Nəsibov aprelin 25-də finala yüksəlmişdi.
Geri dön