Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Tanınmış aktyorun səhhəti pisləşdi

Tanınmış aktyorun səhhəti pisləşdi


30-04-2016, 15:47. Yazar: Xeberaz


Tanınmış aktyorun səhhəti pisləşdi
Ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı Məcnun Hacıbəyovun səhhətində problem yaranıb.

ANS-in verdiyi məlumata görə, aktyor ürək xəstəliyindən şikayət edir.

“Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm”, - Məcnun Hacıbəyov bildirib.

Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıdıb və həmin vaxtdan Nüqədi kəndində yaşayır.
Geri dön