Ana Sayfa > Karusel / Dünya / M2 > OPEK ölkələrindən növbəti rekord

OPEK ölkələrindən növbəti rekord


30-04-2016, 15:20. Yazar: Xeberaz
OPEK ölkələrindən növbəti rekord

Apreldə OPEK ölkələrində neft hasilatı 484 min barrel artaraq gündəlik 33,217 milyon barrelə yüksəlib.

"Xəbəraz.az " xəbər verir ki, bu, “Blumberq” agentliyinin araşdırmasında üzə çıxıb.

Agentlik qeyd edir ki, bu, 1989-cu ildən bəri ən yüksək göstəricidir.

OPEK ölkələri arasında hasilatı artıran isə İran, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir.

Qeyd edək ki, neft ölkələri aprelin 17-də Qətərin paytaxtı Dohada hasilatın dondurulması barədə razılığa gələ bilməmişdi.
Geri dön