Ana Sayfa > Karusel / İdman / M2 > Ronaldo ikinci dəfə ata olur - İddia

Ronaldo ikinci dəfə ata olur - İddia


30-04-2016, 14:58. Yazar: Xeberaz

Ronaldo ikinci dəfə ata olur - İddia

“Real Madrid” klubunun və Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun ikinci dəfə ata olcağı barədə məlumatlar yayılıb.

ANS-in məlumatına görə, futbolçunun ikinci övladının surroqat ana vasitəsilə dünyaya gələcəyi bildirilir. İddiaya görə Ronaldo artıq lazımı olan sənədləri hazırlayıb.

Lakin əfsanəvi fubolçunun anası Dolores Aveyra yayılan məlumatları təkzib edib. Futbolçunun anası özünün müəllif olduğu kitabın təqdimetmə mərasimində Ronaldonun ikinci dəfə ata olması haqqında qısa və dəqiq cabab verib: “Xeyr. Bu yalandır”.

Ronaldonun ata olmaq xəbərləri İspaniya çempionatında “Real Madrid” “Selta” ilə qarşılaşmasından sonra yayılıb. Futbolçu matç zamanı qol vurduqdan sonra topu formasının altına qoyub. Adətən futbolçular belə hərəkətləri ilə yaxın müddətdə ata olacaqlarına işarə edirlər.

Üç qat “Qızıl Top”un sahibi Ronaldonun 1 oğlu var. Futbolçunun oğlu 2010-cu ildə süni mayalanma ilə dünyaya gəlib.
Geri dön